QR CodeQR Code

Almaniya Suriyaya hərbi müdaxiləyə qarşı çıxdı

21 Jun 2012 20:21

IslamTimes - Tomas De Mezyer: "ABŞ, İngiltərə və Fransanın Suriyaya hərbi müdaxilə variantını dəstəklədiyini düşünürəm. Amma bu addım asanlıqla Suriyada genişmiqyaslı müharibəyə çevrilə bilər."


"IslamTimes" "PressTV"-yə istinadən xəbər verir ki, ötən gün Almaniyanın müdafiə naziri Tomas De Mezyer xəbərdarlıq edərək deyib: "ABŞ, İngiltərə və Fransanın Suriyaya hərbi müdaxilə variantını dəstəklədiyini düşünürəm. Amma bu addım asanlıqla Suriyada genişmiqyaslı müharibəyə çevrilə bilər."

Ankaradakı universitetlərdən birində çıxış edən Almaniya müdafiə naziri əlavə edib: "Biz öncəki hərbi müdaxilələrdən dərs almalıyıq."

Almaniyalı rəsmi Suriyada uçuşun qadağan edilməsinin mürəkkəb və problemli mövzu olduğunu dilə gətirib.

Rusiya, Çin və bir neçə digər ölkə Suriyaya hərbi müdaxilə variantına qarşıdır.

Rəsmi Dəməşq Qərb və bir neçə ərəb dövləti tərəfindən dəstəklənən qruplaşmaların bu ölkədə qarışıqlıq yaratdığını açıqlayıb."


Story Code: 173174

News Link :
https://www.islamtimes.org/az/news/173174/almaniya-suriyaya-hərbi-müdaxiləyə-qarşı-çıxdı

Islam Times
  https://www.islamtimes.org