QR CodeQR Code

İsveçrənin professional futbolçusu Filip Sanderos Şiə İslamı qəbul edib

Islamtimes , 21 Jun 2012 23:23

Islamtimes - İsveçrənin professional futbolçusu olan və Britaniya Premiyer Liqasının Fulham klubunda müdafiəçi kimi oynayan Filip Sanderos İslamı qəbul etmiş və Şiə müsəlman olmuşdur.


islamtimes.org/az/ - O İslam dinini qəbul etməyini İngiltərənin Mançestr şəhərində Əhli Beyt dəyərlərini və İslam dininin təbliği üçün nəzərdə tutulmuş İslam Mərkəzində elan edib.

Filip Sanderos əvvəllər İngilis futbol nəhənglərindən olan Arsenalda oynamış, indi isə İsveçrədə milli yığmanın tərkibində oynayır.

Filip ilahiyyat fakultəsini bitirdiyindən dünya dinlərinə böyük maraq göstərmiş və futboldan kənar vaxtının çoxunu dini kitablar oxumağa həsr edib.

Sanderas bir dəfə Arsenal jurnalına müsahibə verərək deyib: “ Mən dünya dinləri ilə çox maraqlanıram və bu mövzuda xeyli kitablar oxumuşam.”

O əlavə edərk demişdir: “Əgər mən futbolçu olmasaydım, mütləq keşiş olardım.”

Nəhayətdə Sanderas geniş araşdırma aparmış və həqiqəti taparaq İslam dinini qəbul etmişdir.


Story Code: 173205

News Link :
https://www.islamtimes.org/az/news/173205/isveçrənin-professional-futbolçusu-filip-sanderos-şiə-islamı-qəbul-edib

Islam Times
  https://www.islamtimes.org