QR CodeQR Code

Suriyadakı terror aktlarında "MOSSAD barmağı"

22 Jun 2012 10:03

IslamTimes - Fələstin Qurtuluş Xalq Cəbhəsinin Ali Komandanlığı (FQXC AK) Suriyadakı silahlı terror qruplarının Fələstinli mühacir düşərgələrini hədəf almalarının sionist MOSSAD təşkilatının Suriyadakı böhranda barmağı olduğunun konkret dəlili olduğunu ifadə edib.


FQXC AK-ın dünən nəşr etdiyi bəyanatda Suriyaya qarşı təşkil edilən sui-qəsdlər çərçivəsində yaşanan hadisələrin başladığı gündən bəri terrorçuların fələstinliləri böhranın mərkəzinə çəkməyə çalışdıqlarını ifadə edərək təhrif etmə və yalan xəbər kimi xarakterizə edilən bu səylərin uğursuz olmasından sonra təxribata üz tutduqlarını, bu üsulun da uğursuz olmasından sonra qətlə yetirmə hərəkətlərinə başladıqlarını bəyan edib.

Bəyanatda Fələstin xalqının vəfalı mövqeyini davam etdirərək, sui-qəsd və terror hücumları qarşısında Fələstinin Suriyanın yanında dayanacağı vurğulanır. /Deyerler/


Story Code: 173235

News Link :
https://www.islamtimes.org/az/news/173235/suriyadakı-terror-aktlarında-mossad-barmağı

Islam Times
  https://www.islamtimes.org