QR CodeQR Code

BMT də İranı Suriya probleminin həllinə daxil edir

22 Jun 2012 21:31

IslamTimes - BMT-nin baş katibi Pan Gi Mun İran prezidenti Mahmud Əhmədinecatla görüşüb


Bu barədə məlumatı BMT-nin mətbuat xidməti yayıb. Onların görüşü Braziliyanın Rio-de-Jeneyro şəhərində keçirilən davamlı inkişaf sammitində baş tutub. Müzakirə edilən mühüm məsələlərdən biri isə Suriya böhranı olub. Baş katib İranın Suriya üzrə əlaqə qrupuna üzvlüyə qəbulunun vacibliyini vurğulayıb. Eyni təşəbbüslə əvvəllər BMT-nin Suriya probleminin həlli üzrə xüsusi nümayəndəsi Kofi Annan da çıxış edib. O bildirib ki, İranın məsələdə iştirakı problemin həllinə böyük töhfə verə bilər.

Qeyd edək ki, K.Annanın mətbuat katibi Əhməd Fazi mediaya açıqlamasında yaxın həftələr ərzində BMT-də Suriya ilə bağlı beynəlxalq görüşün təşkilinin mümkünlüyünü önə çəkib.

Onu da deyək ki, İranın Suriya məsələsinin həllində iştirakı təşəbbüsü ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da çıxış edib. Lakin həmişəki kimi İranın beynəlxalq müstəvidə saya salınmasını, irəliləməsini istəməyən ABŞ-ın dövlət katibi Hillari Klinton ölkəsinin buna qəti şəkildə razı olmadığını bildirib.


Story Code: 173370

News Link :
https://www.islamtimes.org/az/news/173370/bmt-də-iranı-suriya-probleminin-həllinə-daxil-edir

Islam Times
  https://www.islamtimes.org