0
Saturday 23 June 2012 - 08:28

İsrail: Biz hələ də Misirdə “evsizik”

Story Code : 173425
İsrail: Biz hələ də Misirdə “evsizik”
İsrail: Biz hələ də Misirdə “evsizik”
"IslamTimes"-ın "PressTV"-yə istinadən verdiyi xəbərə əsasən, cümə axşamı günü İsrail Xarici İşlər Nazirliyi bəyanat yayaraq bildirib ki, onlar Misirdə daha təhlükəsiz ərazi tapmaqda çox çətinlik çəkirlər.

Bəyanatda həmçinin bildirilir ki, Misirdə heç kəs İsrail rejiminə kirayə ofis verməyə maraqlı deyil.

9 sentyabrda səfirlik ərazisinin Misir Təhlükəsizlik Qüvvələri tərəfindən ciddi şəkildə qorunmasına baxmayaraq etirazçılar səfirlik ətrafında qurulmuş maneəni yararaq səfirliyə daxil olmuş və binanı dağıtmışdılar. Etirazçılar səfirlikdə olan sənədləri pəncərədən çölə atmış və polis maşınlarına od vurmuşdular.

Onlar həmçinin İsrail səfirliyinin ölkədən çıxarılmasını tələb etmiş və İsrail əleyhinə şüarlar səsləndirmişdilər.

Misir polisi tərəfindən buraxılan zəhərli qaz nəticəsində 1 şəxs həlak olmuş, təxminən 450 nümayişçi yaralanmışdır.
Comment