QR CodeQR Code

“Qırıcı Suriya hüdudlarının daxilində vurulub”

XezerXeber , 23 Jun 2012 11:01

IslamTimes - Vurulan Türkiyə qırıcısı barədə rəsmi Dəməşqin açıqlaması


Rəsmi Dəməşq vurulan Türkiyə hərbi təyyarəsi barədə açıqlama yayıb. Suriya Müdafiə nazirliyi Türkiyəyə aid hərbi təyyarənin Suriya sahillərində, ölkə hüdudlarının daxilində vurulduğunu açıqlayıb.

“Türkiyədən Suriya sərhəddindən 1 km içəriyə daxil olan təyyarə görünüb. Açılan atəş nəticəsində təyyarə sahildən 10 mil məsafədə dənizə düşüb. Suriya ilə Türkiyə dəniz qüvvələri arasında rabitə yaradılıb və ortaq axtarış başladılıb”.

Rəsmi Dəməşq həmçinin hədəfin vurulmasından sonra onun Türkiyəyə aid oduğunun müəyyənləşdiyini deyib.


Story Code: 173474

News Link :
https://www.islamtimes.org/az/news/173474/qırıcı-suriya-hüdudlarının-daxilində-vurulub

Islam Times
  https://www.islamtimes.org