0
Saturday 23 June 2012 - 11:01

“Qırıcı Suriya hüdudlarının daxilində vurulub”

Story Code : 173474
Türkiyə - Suriya
Türkiyə - Suriya
Rəsmi Dəməşq vurulan Türkiyə hərbi təyyarəsi barədə açıqlama yayıb. Suriya Müdafiə nazirliyi Türkiyəyə aid hərbi təyyarənin Suriya sahillərində, ölkə hüdudlarının daxilində vurulduğunu açıqlayıb.

“Türkiyədən Suriya sərhəddindən 1 km içəriyə daxil olan təyyarə görünüb. Açılan atəş nəticəsində təyyarə sahildən 10 mil məsafədə dənizə düşüb. Suriya ilə Türkiyə dəniz qüvvələri arasında rabitə yaradılıb və ortaq axtarış başladılıb”.

Rəsmi Dəməşq həmçinin hədəfin vurulmasından sonra onun Türkiyəyə aid oduğunun müəyyənləşdiyini deyib.
Source : XezerXeber
Comment