QR CodeQR Code

Böyük Şiə Alimi: İmam Xomeyni düşmənləri nüvə silahı olmadan məğlub etdi.

23 Jun 2012 11:31

IslamTimes - Ayətullah Nuri Həmədani deyib: “Müsəlmanlar həm elm, həm də texnika sahəsində böyük nailiyyətlərə imza atmalıdırlar.”


"IslamTimes" "PressTV"-yə istinadən xəbər verir ki, böyük şiə alimi Ayətullah Nuri Həmədani deyib: “Müsəlmanlar həm elm, həm də texnika sahəsində böyük nailiyyətlərə imza atmalıdırlar.”
İslam alimi Qərb dövlətlərinin müsəlmanları özlərindən asılı vəziyyətə salmaq istədiklərini deyərək bildirib ki, İslam düşmənləri müsəlmanların elm və texnologiya sahəsində geri qalmaqlarını istəyirlər.
Alim dini inancın elm sahəsinə təsirindən danışaraq deyib: “Elm sahəsində dini inancın olması insanlığın xeyrinə inkişaf edir.”
Ayətullah Nuri Həmədani daha sonra Müsəlmanlar arasında birlik və vəhdətə toxunaraq deyib: “İslam düşmənləri müsəlmanlar arasında olan fərqliliklərdən istifadə edərək müsəlmanları parçalamaq üçün əllərindən gələni etdilər.”
Cəmiyyətdə ixtilaf və fərqliliyin mənfi nəticələrinə toxunan alim deyib ki, hər bir müsəlmanın vəzifəsidir ki, yarana biləcək xırda ixtilaf və fərqlilikdən belə çəkinsin.
Ayətullah Həmədani əlavə edib: “İslamafobiya və Şiəfobiya İslam düşmənlərinin müsəlmanları parçalamaq üçün istifadə etdikləri əsas metodlardır.”
O həmçinin İranın nüvə silahına ehtiyac olmadığını deyərək bildirin ki, məxsusi dövlətlər var ki, güc əldə etmək üçün nüvə silahı əldə etməyə çalışır, ancaq İran bu dövlətlərin cərgəsində deyil.
Qərb dövlətləri bilməlidirlər ki, İslam İnqilabının banisi İmam Xomeyni düşmənləri nüvə silahı olmadan məğlub etdi.


Story Code: 173488

News Link :
https://www.islamtimes.org/az/news/173488/böyük-şiə-alimi-imam-xomeyni-düşmənləri-nüvə-silahı-olmadan-məğlub-etdi

Islam Times
  https://www.islamtimes.org