QR CodeQR Code

ƏL-ƏQSA MƏSCİDİNİN DİVARLARINDA YƏHUDİ BAYRAQLARI

21 Dec 2009 16:03

Sionist rejimi Beytül müqəddəsi yəhudiləşdirmək planı altında son günlər ərzində əl-Əqsa məscidinin divarlarına yəhudi bayraqları və şamdanları yerləşdirmişdir.


Əl-Əqsa mənəvi irslər və vəqflər müəssisəsi bildirmişdir ki, İsrail işğalçıları songünlər ərzində onlarla israil bayrağını əl-Əqsa məscidinin divarlarına yerləşdirmişdir.

Bundan əlavə sionist rejimiməscidin cənub hissəsində böyük bir şamdanı qadınların məscidi və islam muzeyi namazxanasının qarşısında yerləşdirmişdir.

Müəssisə bu münasibətlə yaydığı bəyannamədə, əl-Əqsa məscidinin bütün hissələrinin müsəlmanlara aid olduğunu və sionistlərin bu həqiqəti əvəz etmək yolunda göstərdikləri səylərin tarixdə heç bir dəyişiklik yarada bilməyəcəyini bildirmişdir.

İslamTimes
Redaksiya ilə əlaqə ünvanı: infoaz@islamtimes.org
Materialdan istifadə edərkən, “İslamTimes”-a istinad zəruridir.


Story Code: 17355

News Link :
https://www.islamtimes.org/az/news/17355/əl-əqsa-məscidinin-divarlarinda-yəhudi-bayraqlari

Islam Times
  https://www.islamtimes.org