QR CodeQR Code

DİNİ KONTİNGENTLƏ AKTİV İŞ APARMAQ LAZIMDIR...

23 Jun 2012 19:18

IslamTimes - "Təhlillər göstərir ki, dini kontingentlə daha aktiv iş aparmaq lazımdır".


Bunu jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov deyib.

Bununla əlaqədar Komitə tərəfindən bir sıra tədbirlərin hazırlandığını qeyd edən E. İskəndərovun sözlərinə görə, artıq Ramazan ayı ilə bağlı tədbirlər qrafiki tərtib olunub.


E. İskəndərov qarşıdakı dövrdə Komitənin internet və sosial şəbəkələr üzərində fəaliyyətinin gücləndiriləcəyini vurğulayıb: «Eyni zamanda sosial şəbəkələrdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin loqosunun hazırlanması üçün elan vermişik. İctimaiyyətin təqdim etdiyi loqonu simvol olaraq seçəcəyik. Maarifləndirmə işlərinə də tərəfimizdən geniş diqqət ayrılacaq». /SizinYol/


Story Code: 173600

News Link :
https://www.islamtimes.org/az/news/173600/dini-kontingentlə-aktiv-iş-aparmaq-lazimdir

Islam Times
  https://www.islamtimes.org