QR CodeQR Code

Putin Türkiyəyə gedəcək

24 Jun 2012 08:27

IslamTimes - Rusiya Prezidenti Vladimir Putin payızda Türkiyəyə səfər edəcək


“Cihan”ın verdiyi xəbərə görə, Vladimir Putin Moskva və Ankara arasında yaradılan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 3-cü iclasında iştirak etmək üçün Türkiyəyə gələcək.

Putinin səfəri haqqında dövlət başçısının beynəlxalq əlaqələr üzrə müşaviri Yuri Uşakov məlumat verib: "Səfər barədə razılıq Meksikada G-20 sammiti çərçivəsində görüşən prezident Putin və Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan arasında əldə edilib. Türkiyədəki iclasa Putin və Ərdoğan sədrlik edəcəklər. Bu yığıncaq üçün hazırlıq işləri aparılır”.


Story Code: 173685

News Link :
https://www.islamtimes.org/az/news/173685/putin-türkiyəyə-gedəcək

Islam Times
  https://www.islamtimes.org