0
Sunday 24 June 2012 - 11:32

Türk qırıcısının Suriya ərazisinə kəşfiyyat məqsədi ilə daxil olduğu bildirilir

Story Code : 173770
Türkiyə - Suriya
Türkiyə - Suriya
Suriyanın rəsmi televiziya agentliyi olan SANA-nın verdiyi məlumata əsasən cümə günü Suriya ordusu bəyanat yayaraq bildirib ki, onlar F-4 təyyarəsini vuraraq Lattakia əyalətində sahildən 10km uzaqlıqda yerləşən dəniz sularına salıblar.

Türkiyə isə bildirib ki, qırıcı radar və radio əlaqəni itirərək Erhac aeroportundan Aralıq dənizinə doğru istiqamət götürmüş və Suriya ərazisinə girmişdir.

Türkiyə təyyarənin missiyası haqda heç bir məlumat verməyib, ancaq Türk mediası bildirib ki, təyyarə kəşfiyyat məqsədi ilə uçuş edib.

Türk mediasının bildirdiyinə görə təyyarənnin 2 ekipajı xilas edilib, ancaq başqa xəbər agentlikləri isə onların hələ də itkin oduğunu bildiriblər.
Comment