0
Monday 25 June 2012 - 09:49

Moskva hərəkətə keçdi

Story Code : 174003
Moskva hərəkətə keçdi
Moskva hərəkətə keçdi
Gunxeber.com-un Türkiyənin “Hüriyyet” qəzetinə istinadən verdiyi xəbrə görə, şəxsiyyətləri müəyyən edilən pilotların axtarışları sürətlə davam edərkən təyyarənin necə düşdüyü mövzusundakı suallara hələ dəqiq bir cavab tapılmayıb. İddialardan birinə görə, Türkiyə təyyarəsinə Rusiya hərbi bazasından atəş açılıb.

Kəşfiyyat təyyarəsinin Suriyanın Lazkiye şəhərinin 8 mil açıqda düşdüyü ifadə edilərkən, necə düşürüldüyü ilə bağlı məlumatlar tam dəqiqləşməyib. Təyyarənin Suriyanın hava məkanını pozduğu üçün Suriya Hava Hücumlarından Müdafiə Qüvvələri tərəfindən zenit atəşi ilə vurulduğu iddia olunarkən, ortaya başqa məqamlar çıxıb. Türkiyənin hərbi mənbələrindəki məlumata görə, Türkiyə qırıcısı Lazkiye yaxınlığında olan Rusiyaya aid Tartus hərbi bazasından açılan atəşlə vurulub.
Comment