QR CodeQR Code

Moskva hərəkətə keçdi

25 Jun 2012 09:49

IslamTimes - Türkiyə Hərbi Hava Qüvvələrinə aid RF-4e tipli kəşfiyyat təyyarəsinin vurulduğu və təyyarənin Lazkiye ətrafına düşdüyü ilə bağlı yeni sensasion məlumatlar yayılıb.


Gunxeber.com-un Türkiyənin “Hüriyyet” qəzetinə istinadən verdiyi xəbrə görə, şəxsiyyətləri müəyyən edilən pilotların axtarışları sürətlə davam edərkən təyyarənin necə düşdüyü mövzusundakı suallara hələ dəqiq bir cavab tapılmayıb. İddialardan birinə görə, Türkiyə təyyarəsinə Rusiya hərbi bazasından atəş açılıb.

Kəşfiyyat təyyarəsinin Suriyanın Lazkiye şəhərinin 8 mil açıqda düşdüyü ifadə edilərkən, necə düşürüldüyü ilə bağlı məlumatlar tam dəqiqləşməyib. Təyyarənin Suriyanın hava məkanını pozduğu üçün Suriya Hava Hücumlarından Müdafiə Qüvvələri tərəfindən zenit atəşi ilə vurulduğu iddia olunarkən, ortaya başqa məqamlar çıxıb. Türkiyənin hərbi mənbələrindəki məlumata görə, Türkiyə qırıcısı Lazkiye yaxınlığında olan Rusiyaya aid Tartus hərbi bazasından açılan atəşlə vurulub.


Story Code: 174003

News Link :
https://www.islamtimes.org/az/news/174003/moskva-hərəkətə-keçdi

Islam Times
  https://www.islamtimes.org