QR CodeQR Code

“İran ballistik raketləri izləyən və məhv edə bilən texnologiya əldə edib”

25 Jun 2012 10:31

IslamTimes - “Sepah” komandanının müavini: İran ballistik raketləri izləyən və məhv edə bilən texnologiya əldə edib.


APA-nın İran mətbuatına istinadən məlumatına görə, bu barədə İran İslam İnqilabı Mühafizəçilər Korpusunun (“Sepah”) komandanının müavini, general-mayor Hüseyn Salami bildirib. Cənab Salaminin sözlərinə görə, İran raketləri düşmənin bütün döyüş gəmilərini hədəfə ala biləcək gücdədir: “Düşmənlərin bölgə üzərində təsiri gündən-günə azalır. Bir zamanlar raket sənayesində öncül olan ABŞ və Rusiyanın belə bir qabiliyyətə sahib olmaları şübhəli görünürdü. Ancaq bu gün İranın ballistik raketlərlə hərəkət edən bütün hədəfləri 100 faiz müvəffəqiyyətlə vurmaq qabiliyyətinə malik olduğunu qətiyyətlə söyləyirəm. Hazırda İranın müdafiə təchizatları o qədər çoxdur ki, hətta bəzi vaxtlarda onları saxlamaq üçün yer qıtlığı ilə üzləşirik”.


Story Code: 174005

News Link :
https://www.islamtimes.org/az/news/174005/iran-ballistik-raketləri-izləyən-və-məhv-edə-bilən-texnologiya-əldə-edib

Islam Times
  https://www.islamtimes.org