0
Monday 25 June 2012 - 11:11

Türkiyədə polis maşını minaya düşüb, ölən var

Story Code : 174021
Türkiyədə polis maşını minaya düşüb, ölən var
Türkiyədə polis maşını minaya düşüb, ölən var
Türkiyə Mardin vilayətinin Derik rayonunda reyd keçirən polis avtomobili PKK terrorçuilarının uzaqdan idarə etdiyi minaya düşüb. Anspress “Doğan” agentliyinə istinadən xəbər verir ki, yerli vaxtla saat 15.00 (Bakı vaxtı ilə 17.00) radələrində baş vermiş partlayışda 1 polis şəhid olub, 3-ü isə yaralanıb.

Qeyd edək ki, Kızıltepe rayon xəstəxanasına çatdırılan yaralı polislərdən birinin vəziyyəti ağır olduğu üçün xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Digər iki polis isə ambulator müayinədən sonra evə buraxılıb.

Faktla bağlı istintaq başladılıb və terrorçuların ələ keçirilməsi istiqamətində əməliyyatlar davam edir.
Comment