0
Tuesday 26 June 2012 - 08:30

Jirinovski NATO-ya səsləndi

Story Code : 174296
Jirinovski NATO-ya səsləndi
Jirinovski NATO-ya səsləndi
Türkiyə əleyhinə sərt tənqidlər səsləndirən Rusiyanın radikal millətçi Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski, Suriya tərəfindən Türkiyə təyyarəsinin vurulmasıyla əlaqədar, "bu, Suriya ordusunun döyüş hazırlığının nəbzini yoxlamağı arzu edən hər kəsə ən açıq dərsdir", - deyib.

Partiya mətbuat xidmətinin açıqlamasında bildirilir ki, "Liberal Demokrat Partiyası Türkiyə hərbi təyyarəsini vuran Suriya HHQ-nin fəaliyyətini və suriyalıları tamamilə dəstəkləyir. Əsədin ordusu hər hansı bir ölkənin silahlı qüvvələrinin etməsi lazım olan şəkildə davranıb. Hər hansı bir ölkənin hava sahəsinə qeyri-qanuni olaraq girmək milli təhlükəsizliyə təhdiddir. Üstəlik, Suriya hökumətinin NATO tərəfindən elan edilməmiş müharibə şərtlərində yaşadığı bir vəziyyətdədir".

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın "bütün detallar araşdırılacaq" sözlərinə də toxunan Jirinovskinin partiyası, "yaxşı hansı detallar lazımdır Türkiyə rəhbərliyinə? İndi təbii ki, pilotların sülhməramlı niyyətlərlə əlaqədar olması dəlillərinin axtarışına başlayacaqlar",- deyib.

Bu arada isə Suriyanın XİN rəsmisi Cihad Makdisi, "Türkiyəyə qarşı düşmənçiliyimiz yoxdur. Hadisə Suriyanın suverenlik haqqlarının pozuntusudur. Türkiyə böhranı davamlı yüksəltməyə çalışdı. Türkiyənin şərhləri heç bir həqiqəti əks etdirmir. Təyyarə 100 metr alçaqlıqdan uçurdu. O yüksəklikdə Suriya təyyarəsi belə uçsa, vurardıq", - söyləyib.
Source : XezerXeber
Comment