0
Tuesday 26 June 2012 - 17:57

Obamadan səfər xərcini ödəmək tələb olundu

Story Code : 174504
Obamadan səfər xərcini ödəmək tələb olundu
Obamadan səfər xərcini ödəmək tələb olundu
“IslamTimes” “Americaru” saytına istinadən xəbər verir ki, ABŞ prezidentinin ölkə boyu səfərləri o qədər əhəmiyyətsiz xarakter alıb ki, artıq hakimiyyətin yerli nümayəndəlikləri onun səfər xərclərini ödəməkdən imtina edir. Nyu Hempşir ştatının Darem şəhər bələdiyyəsi Obama admnistrasiyasından tələb edib ki, ölkə başçısının bu şəhərə səfər xərclərini ödəsin. Obamanın hər səfəri ağla gəlməyən təhlükəsizlik tədbirlərinə gedən vəsaitlə müşayiət olunur. Bu zaman polis və yanğın söndürənlərə əlavə pul ödənilir. Yerli hakimiyyət orqanları sadə bir səfərin xərcini ödəməyə hazır olsa da dəbdəbəli səfərlərin xərcini ödəməkdən imtina edir. Obamanın seçki qabağı kampaniyada ən kiçik səfəri 30 min dollara başa gəlir. Hakimiyyətə yaxın dairələr Darem bələdiyyəsinin tələbini cəfəngiyyat adlandırıb.
Comment