QR CodeQR Code

İran nüvə silahına sahib olmağa səy göstərmir

26 Jun 2012 21:57

IslamTimes - Haşimi Rəfsəncani: “İran nüvə silahı istehsal etmək niyyətində deyil və atom bombasına da sahib olmağa səy göstərmir”.


APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, bunu İran Məsləhət Şurasının sədri, eks-prezident, Ayətullah Əli Əkbər Haşimi Rəfsəncani İspaniyanın Tehrandakı yeni səfiri Pedrso Veena ilə görüşündə bildirib. Onun sözlərinə görə, bəzi Avropa ölkələri İrana qarşı şübhələrinin artdığını iddia edib: “Ona görə də böyük bir xətaya yol vermək eşiyindədirlər. Gərək İspaniya belə bir xətaya yol verməsin. Biz Avropa Birliyinin üzvü olaraq İspaniyanın bu şübhələri və səhvləri aradan qaldırılmasında təsirli addımlar atmasını ümid edirik”.
H. Rəfsəncani deyib ki, sülh məqsədli nüvə enerjisindən istifadə etmək bütün millətlərin, həmçinin İranın haqqıdır: “Sizin və bizim əhəmiyyətli işimiz bu şübhələrin aradan qaldırılması və qarşılıqlı etimad mühitinin təmin edilməsi üçün bir səy ola bilər”.


Story Code: 174575

News Link :
https://www.islamtimes.org/az/news/174575/iran-nüvə-silahına-sahib-olmağa-səy-göstərmir

Islam Times
  https://www.islamtimes.org