0
Tuesday 26 June 2012 - 22:56

Rusiya Suriyaya hərbi müdaxiləyə qarşı olduğunu bir daha bildirib

Story Code : 174592
Rusiya Suriyaya  hərbi müdaxiləyə qarşı olduğunu bir daha bildirib
Rusiya Suriyaya hərbi müdaxiləyə qarşı olduğunu bir daha bildirib
Islam times.org/az/ - Putin bazar ertəsi günü Qüdsdə İsrail baş naziri Benyamin Netanyahu ilə görüşdükdən sonra deyib: “Ərəb Baharı başlayan ilk anlardan bəri Rusiya vurğulayaraq bildirib ki, demokratik dəyişikliklər sivil şəkildə, heç bir xarici müdaxilə olmadan baş verməlidir.”

O həmçinin Suriya münaqişəsində əli olan hər kəsi masa arxasına dəvət edərək bildirib ki, Ərəb ölkəsində baş verən münaqişənin yeganə həlli yolu danışıqlar yoludur.

O bütün münaqişələrin beynəlxalq qanunlar əsasında həll edilməli olduğunu deyərək bildirib ki, dağıntı və hərbi yol ilə hər hansı bir münaqişənin həll edilməsi qəbul edilən deyil.

Moskva Suriyada beynəlxalq konfransın keçirilməsini istəyir və artıq bu yönümdə İran, İraq, İordaniya və Avropa ölkələri ilə müzakirələr aparıb.
Source : Islamtimes
Comment