0
Wednesday 27 June 2012 - 08:22

İsrail Qəzza Zolağını böyük həbsxanaya çevirib

Story Code : 174636
İsrail Qəzza Zolağını böyük həbsxanaya çevirib
İsrail Qəzza Zolağını böyük həbsxanaya çevirib
BMT Təhlükəsizlik Şurasının (TŞ) Nyu-Yorkda keçirilmiş və dinc əhalinin mühafizəsinə həsr olunmuş iclası zamanı Əshaq Əl-Həbib İsrailin Qəzza Zolağının sakinlərinə qarşı həyata keçirdiyi qeyri-insani siyasəti kəskin şəkildə pisləyib.

IRNA-nın verdiyi xəbərə görə, İranın BMT-dəki nümayəndəsi bu cür siyasətin beynəlxalq norma və konvensiyalara zidd olduğunu deyib.

“Qəzza Zolağının 1,5 milyon sakini BMT-nin humanitar yardımına ehtiyac duyur. Lakin blokada şəraitində bu daşınmaları həyata keçirmək mümkün deyil. İsrail hakimiyyəti beynəlxalq qanunvericiliyi tapdayaraq dinc sakinlərin evlərinə zərbələr endirir.

İsrail Fələstin xalqına qarşı törətdiyi cinayətlərə görə cavab verməlidir.

Lakin, İsrail İran və HƏMAS-ı Suriyada böhran yaratmaqda ittiham edir”, - İran nümayəndəsi deyib.
Comment