QR CodeQR Code

Rusiyadan İsrailə xəbərdarlıq

27 Jun 2012 15:53

IslamTimes - Rusiya prezidenti Vladimir Putin İsrailə İrana hərbi müdaxilədən çəkinməsi barədə xəbərdarlıq edib.


APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, V. Putin rəsmi Təl-Əvivə ABŞ-ın İraq və Əfqanıstanda üzləşdiyi çətinliklərdən dərs almağı tövsiyə edib: “Görün İraq və Əfqanıstan müharibəsində ABŞ-ın başına nə gəldi. Mən sizə dediklərimi daha əvvəl də ABŞ prezidenti Barak Obamaya söyləmişdim. İşləri tələm-tələsik etməyə ehtiyac yoxdur, düşünmədən hərəkət etməmək lazımdır”.

Onun sözlərinə görə, sülh məqsədli nüvə enerjisindən faydalanmaq İran millətinin ən təbii haqqıdır: “Ona görə də İranın nüvə proqramı ətrafında yaranmış problem tamamilə sülh yolu və İran millətinin haqları nəzərə alınaraq çözülməlidir. Bu müddət ərzində də İran millətinin nüvə enerjisindən sülh məqsədləri üçün faydalanmaq haqqının qorunmalıdır”.

İran bildirib ki, İsrail bu ölkəyə hücum etsə özünün məhvini gerçəkləşdirəcək


Story Code: 174798

News Link :
https://www.islamtimes.org/az/news/174798/rusiyadan-israilə-xəbərdarlıq

Islam Times
  https://www.islamtimes.org