QR CodeQR Code

Rusiya prezidenti bir daha İranın nüvə hüquqlarını dəstəkldiyini bildirib

Islamtimes , 27 Jun 2012 22:50

Islamtimes - Rusiya prezidenti Valdimir Putin bir daha İranın nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etməkdə tam haqqı olduğunu vurğulamış və bildirmişdir ki, Tehran nüvə məsələsi diplomatik danışıqlar yolu ilə həll edilməlidir.


islamtimes.org/az/ - O bu açıqlamanı çərşənbə axşamı günü Rusiyanın 24-cü xəbər kanalına verdiyi müsahibədə bildirmişdir.

Putin bildirib ki, İran gərək zəmanət verə ki, onun nüvə enerji proqramı nüvə silahının istehsalında istifadə edilməyəcək.

İslam Respublikası müxtəlif görüşlərdə bəyan edərək bildirib ki, onun nüvə enerji proqramı dinc məqsəd daşıyır.

İran Ali Təhlükəsizlik Konsulluğunun sədr müavini Əli Baqiri bazar günü bildirib ki, sonuncu İran və 5+1 dövlətləri arasında olan danışıqlar zamanı İran nüməyəndələri təkidlə bildiriblər ki, onlar nüvə silahı istehsal etməyin əleyhinədirlər.

22 fevralda Ayətullah Seyyid Əli Xamenei deyib ki, İran xalqı heç vaxt nüvə silahı istehsal etmək haqda fikirləşməyib.

İslam Rəhbəri deyib: “Heç şübhə yoxdur ki, bizə müxalif olan ölkələr yaxşı bilirlər ki, İran nüvə silahı yaratmaq istəmir, çünki İslam Respublikası həm məntiqi, həm dini, həm də əqli cəhətdən nüvə silahına sahib olmağı böyük günah hesab edir və inanır ki, bu cür silahın yayılması mənasız, dağıdıcı və təhlükəlidir.”


Story Code: 174911

News Link :
https://www.islamtimes.org/az/news/174911/rusiya-prezidenti-bir-daha-iranın-nüvə-hüquqlarını-dəstəkldiyini-bildirib

Islam Times
  https://www.islamtimes.org