QR CodeQR Code

“Bu gün İran xalqı düşmənlərini yaxşı tanıyır”

28 Jun 2012 13:12

IslamTimes - "Əslində onlar İran xalqı ilə hakimiyyət arasında nifaq salmağa səy göstərirlər”


Bunu İranın ali dini lideri, ayətullah Seyid Əli Xamenei deyib. O bildirib ki, imperialist qüvvələrin əsas hədəfi İranın inkişafının qarşısını almaq və xalqımızın müqavimətini qırmaqdır: “Qərb dövlətləri İranda insan haqları pozuntusu və nüvə proqramı məsələsini əldə əsas tutaraq yalan və əsassız iddialarla dünya ictimaiyyətini aldatmağa çalışırlar. Əslində onlar İran xalqı ilə hakimiyyət arasında nifaq salmağa səy göstərirlər”.

Ayətullah Xamenei deyib ki, İrana qarşı sanksiyalar tətbiq olunması xalqla hakimiyyət arasında narazılıq yaranmasına hesablanıb: “Lakin İran xalqı hakimiyyətin yanındadır. Bu gün İranı beynəlxalq aləmdən təcrid etməyə çalışan ABŞ-ın özündə xeyli problemlər var. Bu problemləri də asan şəkildə həll etmək mümkün deyil”. /Islam-azeri/


Story Code: 175040

News Link :
https://www.islamtimes.org/az/news/175040/bu-gün-iran-xalqı-düşmənlərini-yaxşı-tanıyır

Islam Times
  https://www.islamtimes.org