QR CodeQR Code

İran bir neçə ali din ruhanisinə qarşı sui qəsd törətmək istəyən vəhabi terrorist qrupunu ifşa edib

Islamtimes , 28 Jun 2012 23:49

İslamtimes - İran kəşfiyyat və təhlükəsizlik qrumu İranda təxribat əməliyyatları həyata keçirmək istəyən vəhabi terrorist qrupunu ifşa edərək dağıdıb.


islamtimes.org/az/ - Terrorist qrup ekstemist qruplar tərəfindən maliyyələşdirilib və ölkədən kənarda inqilab əleyhinə təşkilatlandırılıb.

Ələ keçirilən terroristlərin birinin etiraf etdiyinə əsasən onlar bir neçə ali din ruhanisinə qarşı sui qəsd həyata keçirməyi planlaşdırıblar və bu əməliyyata görə onlara 1 milyard rial ($80000) təklif edilib.

Özlərini əsil müsəlman adlandıran vəhabilər əsasən Ərəbistan yarımadasında məskunlaşıblar. Firqə Əbdul Vəhhab tərəfindən yaradılıb. (1703-1792). Onlar İslami əqidəni saflaşdırmaq istədiklərini iddia edirlər və Şiəliyə qarşı çıxırlar. Əl Qaidə terror şəbəkəsinin rəhbəri olan Osama bin Laden də vəhhabi idi.


Story Code: 175140

News Link :
https://www.islamtimes.org/az/news/175140/iran-bir-neçə-ali-din-ruhanisinə-qarşı-sui-qəsd-törətmək-istəyən-vəhabi-terrorist-qrupunu-ifşa-edib

Islam Times
  https://www.islamtimes.org