QR CodeQR Code

74% Pakistanlı Amerikanı düşmən dövlət kimi tanıyır

Islamtimes , 28 Jun 2012 23:54

İslamtimes - Pakistanda aparılmış sorğu nəticəsində məlum olub ki, pakistanlıların dörddən üçü Amerikanı düşmən ölkə kimi tanıyırlar.


islamtimes.org/az/ - Çərşənbə günü dərc edilən məlumatda bildirilir ki, keçən il 69% insan ABŞ-a nifrət edirdisə, 2012-ci ildə bu rəqəm 74% -ə çatıb.

Sorğu həmçinin göstərdiki Pakistanlılar arasında ABŞ prezidenti Barak Obamaya qarşı çox az rəğbət var. Pakistanlıların əksəriyyəti Barak Obamanı da sabiq ABŞ prezidenti Corc Buş kimi qəddar və pis insan kimi tanıyırlar.

ABŞ hava qüvvələrinin hücumu nəticəsində xeyli Pakistan vətəndaşının ölümündən sonra ABŞ – Pakistan münasibətləri korlanmışdır.

2001-ci il 7 oktyabrda ABŞ-ın Əfqanıstanda başlatdığı müharibədən indiyə kimi bombarduman və başqa hərbi əməliyyatlar nəticəsində minlərlə pakistanlı həyatını itirmişdir.


Story Code: 175141

News Link :
https://www.islamtimes.org/az/news/175141/74-pakistanlı-amerikanı-düşmən-dövlət-kimi-tanıyır

Islam Times
  https://www.islamtimes.org