QR CodeQR Code

"Türkiyə rəsmilərinin siyasəti xalqının baxışıyla təzaddadır"

29 Jun 2012 11:08

IslamTimes - Suriya prezidenti Bəşər Əsəd Türkiyə xalqının Suriyaya müsbət baxışı ilə Türkiyə səlahiyyətlilərinin izlədiyi siyasətin bir-birinə zidd olduğunu bəyan edib.


Əsəd həmçinin onlara dəstək verən İrana sədaqət nümayiş etdirməli olduqlarını söyləyib. (CHA)

İran dövlət televiziyasına müsahibə verən Bəşər Əsəd ölkəsinə qarşı hərbi bir müdaxilə gözləmədiyini qeyd edib. Ölkədə islahatlara davam etdiklərini bildirən Əsəd deyib: "Amma bunların terroristlər və onları dəstəkləyən ölkələr üçün heç bir mənası yoxdur. Minlərlə insanın həyatını xilas etmək üçün terroristləri məhv etmək məcburiyyətindəyik".

"Əl-Qaidə"nin Suriyada fəaliyyət göstərdiyini də dilə gətirən Əsəd ABŞ rəhbərliyini sevmədiyi ölkələrə qarşı "Əl-Qaidə"dən istifadə etməkdə ittiham edib.

Suriya xaricindən müdaxilə ilə gətiriləcək həll yolunu qəbul etməyəcəklərini ifadə edən Əsəd, məsələnin necə həll edilə biləcəyini yalnız suriyalıların bildiyini dilə gətirib. Əsəd Fələstinə verdikləri dəstəyə görə təzyiq altında olduqlarını da bildirib. /Deyerler/


Story Code: 175211

News Link :
https://www.islamtimes.org/az/news/175211/türkiyə-rəsmilərinin-siyasəti-xalqının-baxışıyla-təzaddadır

Islam Times
  https://www.islamtimes.org