0
Friday 29 June 2012 - 11:08

"Türkiyə rəsmilərinin siyasəti xalqının baxışıyla təzaddadır"

Story Code : 175211
"Türkiyə rəsmilərinin siyasəti xalqının baxışıyla təzaddadır"
"Türkiyə rəsmilərinin siyasəti xalqının baxışıyla təzaddadır"
Əsəd həmçinin onlara dəstək verən İrana sədaqət nümayiş etdirməli olduqlarını söyləyib. (CHA)

İran dövlət televiziyasına müsahibə verən Bəşər Əsəd ölkəsinə qarşı hərbi bir müdaxilə gözləmədiyini qeyd edib. Ölkədə islahatlara davam etdiklərini bildirən Əsəd deyib: "Amma bunların terroristlər və onları dəstəkləyən ölkələr üçün heç bir mənası yoxdur. Minlərlə insanın həyatını xilas etmək üçün terroristləri məhv etmək məcburiyyətindəyik".

"Əl-Qaidə"nin Suriyada fəaliyyət göstərdiyini də dilə gətirən Əsəd ABŞ rəhbərliyini sevmədiyi ölkələrə qarşı "Əl-Qaidə"dən istifadə etməkdə ittiham edib.

Suriya xaricindən müdaxilə ilə gətiriləcək həll yolunu qəbul etməyəcəklərini ifadə edən Əsəd, məsələnin necə həll edilə biləcəyini yalnız suriyalıların bildiyini dilə gətirib. Əsəd Fələstinə verdikləri dəstəyə görə təzyiq altında olduqlarını da bildirib. /Deyerler/
Comment