0
Friday 29 June 2012 - 11:13

Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiə Komitəsinin Bəyanatı!

Story Code : 175213
HHQMMK
HHQMMK
Allahın adı ilə

Azərbaycan Respublikasında iqtidar tərəfindən islamçılara qarşı gizli və açıq kommunist repressiyaları, islamafobiya davam etməkdədir.

Şər və böhtanı özünə peşə etmiş iqtidar məmurları həbsxanada yatan islamçıların susdurulması və köləliyə boyun əyməsi üçün insaniyyətə zidd bütün metodlardan istifadə edir. Buna nümunə olaraq, AİP funksioneri Vaqif Abdullayevin ağır xəstəlik halında hələ də günahsız olaraq zindanda saxlanılmasını göstərə bilərik. Bu rəftarlar heç bir ölçüyə sığmır. Həmçinin, başqa bir islamçı, inanclı fəal Mehdi Məmmədova gizli qapılar arxasında oxunan sifarişli hökmün də Allah dərgahında və vicdanlı insanların nəzərində iftira olduğu aydındır. İqtidar bu və bu kimi inanclı, əqidəli, azadlıqsevər, şücaətli və qeyrətli qardaşlarımızın zindanda başına gətirilən hər bir bəlaya birbaşa cavabdehdir. Unutmaq lazım deyil ki, bu insanlar öz müsəlman xalqının dərd-qəmi, namus-qeyrəti yolunda zindana düşüblər. Onlar həmişə və hər an müsəlman xalqımızın qəlbindədir!

Hüquq Müdafiə Komitəsi olaraq, bir daha iqtidarı, ölkəmizdə İslama və islamçılara qarşı ağır tarixi cinayətlərə son qoymağa çağırır, bu faciənin aqibəti haqqında dərindən düşünməyə dəvət edirik! Mərdi qova-qova namərd etmək istəyirsiniz! Amma müsəlman xalqın qəhrəman oğulları son nəfəslərinə qədər mərd olaraq qalacaqlar! Bunu bizə Quran və Əhli-Beyt (ə) məktəbi öyrədir!

Müdafiə Komitəsinin mətbuat xidməti

28 iyun, 2012


Mənbə: Hicab.org
Comment