0
Saturday 30 June 2012 - 07:08

500 manat ver, adam döydür!

Story Code : 175367
500 manat ver, adam döydür!
500 manat ver, adam döydür!
Beləliklə, “qəsdən adam döymə və fiziki ağrıya səbəb olan lakin sağlamlıq və iş qabiliyyəti üçün fəsadlarla nəticələnməyən zorakı hərəkətlərin törədilməsi İnzibati Xətalar Məcəlləsinə keçirilib.
Deputatlar əvvəlki sanksiyanın (minimal əməkhaqqının 200 mislinədək cərimə, 240 saata qədər ictimai iş və ya 1 ilədək islahedici iş, yaxud 6 aya kimi azadlıqdan məhrumetmə) yenisi ilə 500 manatdan 1 min manatadək və 15 sutka inzibati həbs cəzası ilə dəyişdirilməsini təklif ediblər.
Lakin deputatlar İlyas İsmayılov və Qüdrət Həsənquliyev bu dəyişikliyin əleyhinə olublar. Belə ki, 132-ci maddəni CM-dən çıxarmaq lazım deyil, çünki söhbət döyülmənin fiziki fəsadlarından yox, şərəf və ləyaqətin təhqirindən gedir. Belə çıxır ki, istənilən imkanlı şəxs müdafiəsiz adamı döyə bilər və cərimə ilə canını qurtarar. Lakin buna baxmayaraq, deputatların əksəriyyəti dəyişikliyi dəstəkləyib. (contact.az)
Comment