QR CodeQR Code

İran Suriya və Türkiyəyə müraciət edib

30 Jun 2012 09:33

IslamTimes - İran Suriya və Türkiyəni vəziyyəti nəzarət altında saxlamağa və təmkinli olmağa çağırır.


Bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst bildirib.
Qeyd edib ki, İran Xarici İşlər Nazirliyi Türkiyə və Suriyanı gərginliyi azaltmağa və əməkdaşlığa çağırıb.
“Suriya sionist rejimə qarşı mübarizə aparır. Məhz buna görə regionda İsrailin maraqlarını dəstəkləyən bir çox ölkələr ona qarşı çıxır”, – Mehmanpərəst vurğulayıb.
Onun sözlərinə görə, İran regionun bütün ölkələri ilə əməkdaşlıq etməyə çalışır. Mehmanpərəst xarici qüvvələri münaqişəyə müdaxilə etməməyə və regionda gərginlik yaratmamağa çağırıb. /HaqqYolu/


Story Code: 175397

News Link :
https://www.islamtimes.org/az/news/175397/iran-suriya-və-türkiyəyə-müraciət-edib

Islam Times
  https://www.islamtimes.org