0
Saturday 30 June 2012 - 12:41

Səudiyyə tərəfindən himayə edilən Bəhreyn qüvvələri yenidən etirazçılara hücum ediblər

Story Code : 175485
Səudiyyə tərəfindən himayə edilən Bəhreyn qüvvələri yenidən etirazçılara hücum ediblər
Səudiyyə tərəfindən himayə edilən Bəhreyn qüvvələri yenidən etirazçılara hücum ediblər
Cümə axşamı günü Bəhreyn etirazçıları rejimin nümayişçilərə qarşı qəddar hərəkətlərinə baxmayaraq etiraz əlaməti olaraq yenidən küçələrə çıxıblar.

Rejim qüvvələri Ali Xəlifənin hakimiyyətdən getməsi şüarları ilə çıxış edən nümayişçilərə göz yaşardıcı qazlardan və rezin güllələrdən istifadə edərək hücuma keçib.

Çərşənbə günü Bəhreyn qüvvələri qadın hüquq müdafiəçisi olan Zeynəb əl Xavajı göz yaşardıcı qaz balonu vasitəsilə ayağından vuraraq yaralayıblar.

2011-ci ilin fevral ayından bəri başlayan məşhur inqilablardan bəri demək olar ki, Bəhreyndə hər gün etiraz nümayişləri keçirilir.

Nümayişlər zamanı rejim qüvvələrinin etirazçılara qarşı hücumu zamanı xeyli insan həyatını itirmiş və yaxud da yaralanmışdılar.
Nümyaişçilər ölüm və həbslərə görə Kral Həməd bin İsa Əl Xəlifəni günahkar bilirlər.
Source : Islamtimes
Comment