0
Saturday 30 June 2012 - 18:28

Amerika və İsrail əsgərləri İran və Suriyaya qarşı irimiqyaslı hərbi təlim keçirəcəklər

Story Code : 175568
Amerika və İsrail əsgərləri İran və Suriyaya qarşı irimiqyaslı hərbi təlim keçirəcəklər
Amerika və İsrail əsgərləri İran və Suriyaya qarşı irimiqyaslı hərbi təlim keçirəcəklər
2012-ci ilin payızında ABŞ və İsrail hərbiçiləri bir yerdə irimiqyaslı hərbi təlim keçirəcəklər. Kursor saytının bildirdiyinə görə, bu haqda ABŞ ordu personalı rəhbərlərinin sədri General Martin Dempsi bildirib. Müdafiə Nazirliyində keçirilən press-konfrans zamanı bəyanatla çıxış edən Dempsi söyləyib ki, hərbi təlimlər payız fəslində, Sentyabr və ya Oktyabr ayında baş tutacaqdır. 3 min Amerika əsgərinin və minə yaxın sionist əsgərinin keçirtdikləri birgə hərbi təlim zamanı, senariyaya görə İran və Suriya ərazisi tərəfindən mövcud ola biləcək istənilən təhlükənin qarşısı alınacaqdır. Hərbi təlimlərdə şərti olaraq İran və Suriya ərazisindən atılan raketlərin qarşısı iki ölkə əsgərlərinin birgə səyi nəticəsində alınacaqdır. General onu da bildirib ki, yoxlamaların əsas məqsədi İran İslam Dövləti tərəfindən atıla biləcək raketlərin qarşısının necə və nəcür alınacağını dəqiqləşdirməkdir. "Biz gərək dəqiq əmin olaq ki, bizim havadan müdafiə sistemlərimiz mövcud təhlükələrin qarşısını almaqda nə qədər bacarıqlıdırlar"-deyə General Dempsi fikir bildirib.
Source : Islamtimes
Comment