QR CodeQR Code

Gido Vestervelle İranla 5+1 arasında razılıq əldə edilməsinə çalışır

1 Jul 2012 07:36

Gido Vestervelle: “İranla “altılıq” ölkələri arasında bir nəticə əldə edilənə qədər qarşılıqlı müzakirələr davam etdirilməlidir”.


APA-nın məlumatına görə, bunu Almaniyanın xarici işlər naziri Gido Vestervelle iranlı həmkarı Əli Əkbər Salehi ilə telefon danışığında deyib.

İranla “altılıq” ölkələri arasında keçirilən son görüşün və bölgədəki vəziyyətin müzakirə olunduğu telefon söhbətində Əli Əkbər Salehi bildirib ki, İran Moskva görüşündə tam hazırlıqlı iştirak edib. Bu günlərdə isə İranla 5+1 nümayəndələri arasında yeni müzakirlər baş tutacaq.


Story Code: 175669

News Link :
https://www.islamtimes.org/az/news/175669/gido-vestervelle-iranla-5-1-arasında-razılıq-əldə-edilməsinə-çalışır

Islam Times
  https://www.islamtimes.org