0
Sunday 1 July 2012 - 12:10

Annan və Salehi Suriyadakı vəziyyəti müzakirə edib

Story Code : 175775
Annan və Salehi Suriyadakı vəziyyəti müzakirə edib
Annan və Salehi Suriyadakı vəziyyəti müzakirə edib
IribNews-un verdiyi xəbərə görə, söhbət zamanı Kofi Annan bu gün Cenevrədə keçirilən danışıqlarla bağlı fikir bildirərək Suriyadakı yenidənqurmalarda İranın rolunun vacibliyini vurğulayıb.

Öz növbəsində, İranın Suriya xalqına qarşı aydın və prinsipial mövqeyini, ölkə prezidenti Bəşər Əsədin islahatlar layihəsini qeyd edən Əli Əkbər Salehi göstərdiyi səylərə görə Kofi Annana minnətdarlığını bildirərək bu görüşün nəticələrinin rəsmi Dəməşqdə və regionda sülh və sabitliyin yaradılmasına təsir edəcəyinə ümid bəslədiyini söyləyib.

Hər hansı hərbi müdaxilənin qeyri-mümkünlüyünü vurğulayan İran XİN rəhbəri söyləyib ki, Suriya böhranı ancaq sülh yolu ilə həll olunmalıdır.
Source : XezerXeber
Comment