QR CodeQR Code

Annan və Salehi Suriyadakı vəziyyəti müzakirə edib

XezerXeber , 1 Jul 2012 12:10

IslamTimes - Birləşmiş Millətlər Təşkilatı (BMT) və Ərəb Dövlətlər Liqasının (ƏDL) Suriya böhranının həlli məsələsi üzrə xüsusi nümayəndəsi Kofi Annan İranın xarici işlər naziri Əli Əkbər Salehi ilə telefon danışıqları zamanı Suriyadakı vəziyyəti müzakirə edib.


IribNews-un verdiyi xəbərə görə, söhbət zamanı Kofi Annan bu gün Cenevrədə keçirilən danışıqlarla bağlı fikir bildirərək Suriyadakı yenidənqurmalarda İranın rolunun vacibliyini vurğulayıb.

Öz növbəsində, İranın Suriya xalqına qarşı aydın və prinsipial mövqeyini, ölkə prezidenti Bəşər Əsədin islahatlar layihəsini qeyd edən Əli Əkbər Salehi göstərdiyi səylərə görə Kofi Annana minnətdarlığını bildirərək bu görüşün nəticələrinin rəsmi Dəməşqdə və regionda sülh və sabitliyin yaradılmasına təsir edəcəyinə ümid bəslədiyini söyləyib.

Hər hansı hərbi müdaxilənin qeyri-mümkünlüyünü vurğulayan İran XİN rəhbəri söyləyib ki, Suriya böhranı ancaq sülh yolu ilə həll olunmalıdır.


Story Code: 175775

News Link :
https://www.islamtimes.org/az/news/175775/annan-və-salehi-suriyadakı-vəziyyəti-müzakirə-edib

Islam Times
  https://www.islamtimes.org