QR CodeQR Code

İran düşmənlə minlərlə km məsafədən mübarizə aparmaq iqtidarındadır

Islamtimes , 1 Jul 2012 19:11

Islamtimes - “Əgər lazım gələrsə biz öz doğma vətənimizin maraq və resurslarını, həmçinin müqəddəs İslam Respublikasının idarə sistemini 30 min km məsafədən belə qorumağa qadirik.”


islamtimes.org/az/ - İslam İnqilabının Mühafizə Korpusunun quru qoşunları komandiri müavini General Murtaza deyib: “Bugün düşmənin bütün hərbi bazaları İran roket sisteminin hüdudları içərisindədir. Vaxt var idi ki, düşmən bizimlə ölkənin sərhədlərindən kənarda müharibə aparırıdı, ancaq bugün biz onlarla minlərlə km məsafədən mübarizə apara bilərik.”

Bu ayın əvvəllərində İran Dəniz Qoşunlarının komandiri Admiral Həbibullah Səyyari qeyd edərək bildirib ki, onun qüvvələri ölkənin təhlükəsizliyini və maraqlarını tək region sularında deyil, həmçinin İran sahillərindən minlərlə km məsafədə müdafiə etməyə tam hazırdır.

Səyyari regionda təhlükəsizliyi təmin etmək üçün xarici və ya trans regional qüvvələrə ehtiyac duymadıqlarını bildirmişdir.

Səyyari deyib: “Əgər lazım gələrsə biz öz doğma vətənimizin maraq və resurslarını, həmçinin müqəddəs İslam Respublikasının idarə sistemini 30 min km məsafədən belə qorumağa qadirik.”

Komandir həmçinin İranın ehtiyac duyduğu bütün hərbi ləvazimatları istehsal etməyə qüdrəti çatdığını deyib.

O həmçinin qeyd edərək bildirib ki, İran yaxın gələcəkdə elə silahlar istehsal edəcək ki, düşmən təəccüb edəcək.


Story Code: 175888

News Link :
https://www.islamtimes.org/az/news/175888/iran-düşmənlə-minlərlə-km-məsafədən-mübarizə-aparmaq-iqtidarındadır

Islam Times
  https://www.islamtimes.org