0
1
comments
Monday 2 July 2012 - 00:39

Xumarlanan gözlərinizi açın

Story Code : 175950
Xumarlanan gözlərinizi açın
Xumarlanan gözlərinizi açın
Islam times.org/az/ - Bir neçə müddəttir ki, Gəncə Şəhər Kəpəz rayonunun tabeliyində yerləşən xalq arasında Gəncə bazarı adı ilə tanınan “Kəpəz ASC”-də satıcılarla müdiriyyət arasında qalmaqal yaşanır.

Problemin əsas özəyi isə bazarda satıcılardan alınan yer haqlarının düzgün nizamlanmamasıdır. Qeyd edimki hər il bazarlarda və kiçik orta, ticarət obyektlərində icarələrin alınması Azərbaycan Respublikası tarif şurasının qərarı ilə tənzimlənir.

Bazarda çalışan icarədar və satıcıların sözlərinə görə yerlərin istifadə olunması üçün nəzərdə tutulmuş məbləğ hər dəfə bir bahanə ilə artırılır. Səbəb kimidə göstərilir ki,ticarət mərkəzinin xərcləri artıb. Ancaq bütün bunlar boş bəhanədir deyən satıcılar müdiriyyət və onun əlaltılarının əlindən təngə gəldiklərinin deyiblər.

Azərbaycanda demokratik vətəndaş hüqüqları olmadığına görə bu cür halların baş verməsi labüddür. Bir neçə şikayətçi bildirib ki, hər kəsdən müxtəlif həcmdə icarə haqqı alınır. Kimisindən 30, bəzilərindən 50 azn alınır. Nədənsə bu məbləğ hal hazırda artıq nə az nə çox tam 70 azn təşkil edir.

Şikayətçilər bildiriblər ki, nəqədər müdiriyyətə şikayət etsələrdə bəyənmirsizsə yaxşı yol cavabı alıblar. Səhərdən axşamadək ticarətlə məşğul olur ki, bəlkə 3-5 manat evə çörək pulu apara bilsin. Ancaq çox təssüf ki Azərbaycanda bunada imkan verilmir.

Sözüm bu işlə məşqul olan dövlət rəsmilərinə və aidiyyatı üzrə olan qurumlaradır. Xalqı bezdirməyin bir azda rüşvətə, eyş, işrətə xumarlanan gözlərinizi açın millətin çətinlikləri ilə maraqlanın. Ölkədə hər hansı sahədə poblem yaranarsa məsuliyyəti siz daşıyırsınız. Xalqa Dövlətə və millətə qarşı belə nifrət oyatmayın. Əks halda Azərbaycan xalqının qisası daha dəhşətli alınar.
Source : Islamtimes
Comment


Azerbaijan
Sərçə bazarında özbaşınalığın özəyi Siyavuş və Alib qardaşlarıdır