0
Tuesday 29 December 2009 - 15:34

POLİS GƏNCƏ MÖMİNLƏRİNİ HƏBS EDİR

Gəncədə inanclıların kütləvi həbsi başlayır
Story Code : 17624
POLİS GƏNCƏ MÖMİNLƏRİNİ HƏBS EDİR
Müxtəlif mənbələrdən əldə edilən məlumatlara əsasən son dövrlərdə hər Məhərrəm-Səfər aylarının əvvəlində bu kimi hallar baş verirdi, lakin bu il bu hadisələr Aşura mərasimlərindən sonra baş verməyə başlamışdır.

Ötən gündən başlayaraq Gəncə ŞPİ-nin polis nəfərləri bir çox Gəncə sakinlərinin evlərinə gedərək heç bir əsas gətirmədən onların polis idarələrinə aparılmasına cəhdlər edib.

Əldə etdiyimiz məlumata əsasən Gəncə sakini, Gəncənin Sovxoz Nizami qəsəbəsində yaşayan Sadıqov Bəhruz Kəpəz polis idarəsinin polis nəfərləri tərəfindən valideyinlərinə heç bir açıqlama verilmədən yaşadığı evindən həbs edilib

Digər Gəncə sakini İsmayılov Ruzi və Yeni Gəncə qəsəbəsi sakinləri olan Ramiz Sarıyev və Azər Cəbiyev də polis tərəfindən axtarıldığı bildirilir.

Eyni adlı qəsəbədən olan Abbasov Ramilin özünü tapa bilməyən sahə müvəkkili isə onun atası Abbasov Akifi tutaraq evindən aparıb. Deyilənlərə əsasən ata Abbasov hələ də azadlığa buraxılmamış və heç bir əsas göstərilmədən hazırda Kəpəz şəhər 3-cü polis bölməsində saxlanılır.

Gəncə sakinlərinin dediklərinə görə belə hadisələrin Gəncədə yaşanması ilk dəfə deyil. Eyni hadisələr daha öncəki illərdə müxtəlif formalarda yaşanmışdır. Xüsuslə bu kimi kütləvi təzyiqlər, səbəbsiz yerə tək-tək möminlərin həbs edilməsi tədbirləri Gəncədə hər il Məhərrəm ayı ərəfəsində yaşandığı bildirilir.
Comment