0
Tuesday 3 July 2012 - 11:37

İsveç İranı dəstəklədi

Story Code : 176316
İsveçrə - İran - Nüvə
İsveçrə - İran - Nüvə
İran və 5+1 dövlətləri arasında ekspertlər səviyyəsində görüşlərin keçirilməsi haqda əldə edilən razılıqdan sonra İsveçin xarici işlər naziri Karl Bildt Tehran nüvə enerji məsələsinin diplomatik və siyasi danışıqlar yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb.
Bildt şənbə günü İran xarici işlər naziri Əli Əkbər Salehi ilə telefon vasitəsilə danışaraq İran nüvə enerji məsələsinin diplomatik danışıqlar yolu ilə həll edilməsinin vacibliyini vurğulamış və İran 5+1 dövlətləri arasında baş tutan görüşləri müzakirə etmişdilər.
Salehi İslam Respublikası ilə 5+1 dövltləri arasında olan sonuncu danışıqlara işarə edərək bildirib ki, hər iki tərəf danışıqlardan müsbət nəticələr əldə etmək istəyirlərsə, bu zaman ciddi danışıqlar aparılmalı və yaranan fürsətlərdən istifadə etməlidirlər.
19 iyunda Moskvada keçirilən danışıqların son iki günündə İran və 5+1 dövlətləri 3 iyulda danışıqların növbəti mərhələsinin İstanbulda keçirilməsini qərara alıblar.
Moskva danışıqlarının əsas müzakirə mövzusu İran nüvə enerji proqramı olmuş və Tehran uranı dinc məqsədlər üçün zənginləşdirməyə tam haqqı olduğunu təkidlə bildirmişdir. /HaqqYolu/
Comment