0
Tuesday 3 July 2012 - 20:36

ABŞ və İsraili özündən çıxaran səfər

Story Code : 176452
ABŞ və İsraili özündən çıxaran səfər
ABŞ və İsraili özündən çıxaran səfər
"IslamTimes" "MigNews"-a istinadən xəbər verir ki, bu gün Misirin yeni seçilmiş prezidenti Məhəmməd Mursinin tutacağı mövqe dünya ölkələrinin diqqət mərkəzindədir. Müsəlman Qardaşlarından olan Mursi radikal addımlar atacaq, yoxsa ABŞ və İsraillə sazişə gedəcək? Bu sualı cavablandırmaq üçün Misir prezidentinin hər sözü, hər addımı diqqət mərkəzində saxlanılır. Belə bir məqamda Misir və Livan mətbuatında ABŞ və müttəfiqlərini, İsraili özündən çıxaran bir xəbər yayılıb: Misir prezidenti Məhəmməd Mursi İrana səfərə hazırlaşır! Onun  konfransa qatılacağı gözlənilir. İran xarici işlər naziri Əli Əkbər Salehi bu səfərin iki dövlət arasında münasibətləri möhkəmləndirəcəyini proqnozlaşdırır.
Comment