0
Wednesday 4 July 2012 - 10:32

İsrail əsgəri 9 yaşlı fələstinlini təpiklədi

Story Code : 176588
Israil - Qazza
Israil - Qazza
İsrail hərbçisinin fələstinli azyaşlı uşağı döyməsinin kadrları yayılıb. “B`Tselem” qrupunun aktivi tərəfindən çəkilmiş kadrlarda İspail əsgərinin 9 yaşlı Əbdürrəhman Bukranı təpikləriyi görünür. Hadisə İsrailin Hevron şəhərində meydana gəlib. Şahidlərin bildirdiyinə görə, yanından keçdiyi israilli əsgər Bukranın qolundan tutaraq, “niyə problem yaradırsan?” – deyə soruşur. Bu vaxt yaxınlaşan başqa bir İsrail əsgəri isə qorxudan ağlayan 9 yaşlı uşağı təpikləyir.

“Times of İsrael” qəzetinin yaydığı məlumata görə, İsrail sərhəd polis təşkilatı hadisəyə görə üzr istəyib və faktla bağlı istintaq başladıb.  /Islam-azeri/
Comment