0
Wednesday 4 July 2012 - 15:22

İsrail qırıcıları Türkiyədə

Story Code : 176704
İsrail qırıcıları Türkiyədə
İsrail qırıcıları Türkiyədə
"IslamTimes" Fələstinin "Əl-Minar" xəbər agentliyinə istinadən bildirir ki, əldə olunan dəlillərə əsasən, İsrail Suriyadakı silahlı qruplaşmalara hələ də silah göndərməkdə davam edir. Bu silahlar vasitəsi ilə mülki vətəndaşlar qətliam edilir.

Verilən məlumata əsasən, Sionist rejim ötən həftə Səudiyyə Ərəbistanı və Qətərin pulu ilə alınmış silahları 3 qırıcı təyyarə vasitəsi ilə Türkiyəyə çatdırıb. Bu təyyarələrin Suriya sərhəddi ilə 60 km fasilədə yerləşən bir məntəqəyə endiyi xəbər verilir.

Təyyarələr Türkiyəyə yola salınmazdan öncə Qətər dövlətinin Təhlükəsizlik idarəsi rəsmiləri işğal altında olan məntəqəyə səfər edərək israilli həmkarları ilə Suriya ilə bağlı razılaşma əldə ediblər.

Daha bir xəbərdə israilli mütəxəssislər və hərbçilərin hazırda Suriya-Türkiyə sərhəddində olduğu bildirilir. Onlar silahların terroristlərə təhvil verilməsinə nəzarət etməklə yanaşı bu silahlardan necə istifadə etməklə bağlı onları təlimatlandıracaq.
Comment