QR CodeQR Code

Əfqanlar hələ də ABŞ qüvvələrinin Qəndəhara hücumundan əziyyət çəkirlər

Islamtimes , 4 Jul 2012 23:35

İslamtimes - 11 martda ABŞ hərbi qüvvələrinin Əfqanıstanın cənub əyaləti olan Qəndəhara hücum nəticəsində həlak olmuş dinc Əfqan vətandaşların yaxınları hələ də bu hücumdan əziyyət çəkirlər.


islamtimes.org/az/ - Qərb mediası qadın və uşaqların da daxil olduğu və 17 mülki vətəndaşın həlak olduğu bu amansız hücuma görə sadəcə bir nəfər ABŞ hərbçisinin çavuşu Robert Balesi günahkar bilib.

Ancaq Əfqan parlamenti tərəfindən təyin edilmiş fakt araşdırıcı missiyanın bildirdiyinə görə ən azı 20 ABŞ hərbçisinin Əfqan vətandaşlarına qarşı edilən qırğında əlləri olub.

Missiyanın rəhbəri şəraiti öyrəndikdən və yerli şahidlərin bildirdiyini nəzərə aldıqdan sonra deyib ki, bu cinayət sadəcə tək bir əsgər tərəfindən həyata keçirilə bilməz.

Hadisə nəticəsində ölən və dəfn edilən Əfqan vətəndaşının qardaşı Mulla Baran deyib ki, bu qırğın bir neçə ABŞ hərbçisi tərəfindən həyata keçirilib.

O gözlərindən yaş axan halda deyib: “Atışma zamanı digər ABŞ hərbi qüvvələri evimizin çölündə qoruq çəkirdilər.”

Hücum nəticəsində həyat yoldaşını, qardaşını və yenicə doğulmuş körpə oğlunu itirən Səid Can deyib: “Bu xarici hərbçilər bura bizi terrorçulardan qorumaq üçün deyil, bizi öldürmək üçün gəliblər.”

Hücum zamanı 3 övladı yaralanmış Əbdul Baqi deyib ki, ABŞ onun ölkəsinin bir nömrəli düşmənidir.

O əlavə edərək deyib: “Xarici hərbçilər kənd əhalisinə hücum etməyi davam etdirirlər. Onlar kəndliləri gecə reydləri zamanı evlərindən çölə çıxardaraq onlara atəş açırlar. Biz bu cür qəddarlığı heç Sovet qoşunları Əfqanıstanı işğal edən zaman belə müşahidə etməmişik.”


Story Code: 176756

News Link :
https://www.islamtimes.org/az/news/176756/əfqanlar-hələ-də-abş-qüvvələrinin-qəndəhara-hücumundan-əziyyət-çəkirlər

Islam Times
  https://www.islamtimes.org