0
Wednesday 4 July 2012 - 23:59

Fransız hüquqşunas: Avropa Birliyinin İrana qarşı sanksiyaları beynəlxalq qanunları pozur

Story Code : 176760
Fransız hüquqşunas: Avropa Birliyinin İrana qarşı sanksiyaları beynəlxalq qanunları pozur
Fransız hüquqşunas: Avropa Birliyinin İrana qarşı sanksiyaları beynəlxalq qanunları pozur
Islam times.org/az/ - Pierre Emmanuel Dupont bu açıqlamanı Münaqişə və Təhlükəsizlik Qanunu adlı jurnalda dərc etdirdiyi “Kollektiv Təhlükəsizlik: Avropa Birliyinin İrana qarşı sanksiyalarının səbəbi” adlı məqaləsində etmişdir.

O deyib ki, İran neftinin idxalına qoyulan embarqo və İran Mərkəzi Bankı ilə aparılan əməliyyatların dondurulması da daxil olmaqla İrana qarşı tətbiq edilən ölçü tədbirləri BMT Təhlükəsizlik Şurası və beynəlxalq qanuları pozur.

O təkid edərək bildirib ki, Avropa Birliyinin İrana qarşı ölçü tədbirlərini əslində sanksiya adlandırmaq olmaz. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi standart ölçü tədbirləri olduğu halda bu tədbirləri bu cür xarakterizə etmək və bu tədbirlərin Dövlətlər və ya regional təşkilatlara aid olması bəzi müəmmalı suallar doğurur.

Dupon daha sonra 1965-ci ildə İran və Almaniya arasında, 2003-cü ildə isə İran və Fransa arasında bağlanmış ikitərəfli kapital qoyuluşu haqda müqavilələri xatırladaraq bildirib ki, Avropa Birliyinin ölçü tədbirləri əslində İran tərəfindən götürülmüş müxtəlif beynəlxalq öhdəliklərin həyata keçməsinin qarşısını alır.

1 İyulda Avropa Birliyi ABŞ-ın təziqləri altında İran neft sahəsinə və bank sektoruna sanksiyaların yeni mərhələsini başlatmışdır.

Mart ayında isə ABŞ administratiyası İran neftini alan və ya satan ölkələr cərimə nəzərdə tutan sanksiyalar tərtib etdi və bu sanksiyalar 28 iyunda qüvvəyə mindi.
Source : Islamtimes
Comment