0
Thursday 5 July 2012 - 00:51

Kürdlər Suriya müxalifətinin görüşünü tərk etdilər

Story Code : 176766
Kürdlər Suriya müxalifətinin görüşünü tərk etdilər
Kürdlər Suriya müxalifətinin görüşünü tərk etdilər
Islam times.org/az/ - Röyterin bildirdiyinə görə Milli Kürd Konsulluğunun nümayəndəsi Əbdul Əzi Osman deyib: “Kürdlərin konfransı tərk etməyinə səbəb konfransda Kürd xalqının tanınması haqda fikirin rədd edilməsi oldu.”

O əlavə edərək deyib: “Bu ədalətsizdir və biz heç vaxt istifadə olunmağımıza imkan verməyəcəyik.”

Bazar ertəsi günü görüşün başlanğıcında Ərəb Liqasının baş katibi Nəbil Əl Ərəbi Suriya müxalifətini Suriya hökumətinə qarşı birləşməyə çağırdı.

Ərəb Liqası tərəfindən təşkil edilmiş görüşə Suriya müxalifətinin 250 üzvü qatılmışdır.

Həmin gün Rusiya Xarici İşlər Naziri Serqey Lavrov deyib ki, Moskva 6 iyulda Parisdə keçiriləcək Suriyanın Dostları görüşünə qatılmayacaq.

O deyib: “30 iyunda Cenevrədə yaradılan Suriya Hərəkət Qrupu münaqişənin digər forum və ya görüşlərdə müzakirə edilməsini ehtiyacsız edir.”

O əlavə edərək deyib: “Suriyanın Dostları qrupunun başlanğıcdan bəri bir məqsədi var, o da xaricdən dəstək alan Suriya müxalifətini dəstəkləməkdir.”

ABŞ, Britaniya, Almaniya, Fransa, Səudiyyə Ərəbistan və Qətər bu qrupun aparıcı üzvləridir.
Source : Islamtimes
Comment