QR CodeQR Code

Türkiyəli pilotların cəsədləri tapıldı

5 Jul 2012 08:49

IslamTimes - Suriya hava sərhəddini pozaraq bu ölkə ərazisinə daxil olduqdan sonra hədəfə alınan qırıcının pilotlarının cəsədi aşkarlanıb.


Suriya tərəfindən vurulan və Aralıq dənizinə düşən Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus kəşfiyyat təyyarəsinin pilotlarının meyitləri tapılıb. Bu barədə anspress Türkiyə mətbuatına istinadən məlumat verir.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Suriya tərəfindən vurulan RF-4 tipli təyyarənin pilotları – kapitan Gökhan Ertan və leytenant Həsən Hüseyn Aksoyun meyitlərinin dənizin dibində aşkarlandığını açıqlayıb.

Meyitlərin dənizin dibindən çıxarılması üçün işlər davam etdirilir.

Xatırladaq ki, dünyanın bir çox məşhur araşdırma mərkəzləri və mətbuat orqanları Türkiyə təyyarəsinin Aralıq dənizi üzərindəki beynəlxalq hava məkanında deyil, Suriya hava məkanında vurulduğunu bildirir. Elə bu üzdən də təyyarənin qalıqları Suriya ərazisində aşkar edilmişdi.


Story Code: 176787

News Link :
https://www.islamtimes.org/az/news/176787/türkiyəli-pilotların-cəsədləri-tapıldı

Islam Times
  https://www.islamtimes.org