0
Thursday 5 July 2012 - 08:49

Türkiyəli pilotların cəsədləri tapıldı

Story Code : 176787
Türkiyəli pilotların cəsədləri tapıldı
Türkiyəli pilotların cəsədləri tapıldı
Suriya tərəfindən vurulan və Aralıq dənizinə düşən Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus kəşfiyyat təyyarəsinin pilotlarının meyitləri tapılıb. Bu barədə anspress Türkiyə mətbuatına istinadən məlumat verir.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Suriya tərəfindən vurulan RF-4 tipli təyyarənin pilotları – kapitan Gökhan Ertan və leytenant Həsən Hüseyn Aksoyun meyitlərinin dənizin dibində aşkarlandığını açıqlayıb.

Meyitlərin dənizin dibindən çıxarılması üçün işlər davam etdirilir.

Xatırladaq ki, dünyanın bir çox məşhur araşdırma mərkəzləri və mətbuat orqanları Türkiyə təyyarəsinin Aralıq dənizi üzərindəki beynəlxalq hava məkanında deyil, Suriya hava məkanında vurulduğunu bildirir. Elə bu üzdən də təyyarənin qalıqları Suriya ərazisində aşkar edilmişdi.
Comment