QR CodeQR Code

"İran Qərbdən qisas almağa can atmır"

XezerXeber , 5 Jul 2012 17:27

IslamTimes - Mahmud Əhmədinejad: "İran Qərbdən qisas almağa can atmır"


Bu bəyanatla Portuqaliyanın İrana təyin olunmuş yeni səfiri Mario Damaş Nunyeslə görüşü zamanı İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad çıxış edib. Xalqlar arasında beynəlxalq münasibətlərin dostluq və ehtiram prinsipləri əsasında qurulmalı olduğunu bildirən dövlət başçısı, son 20 il ərzində İran ilə Portuqaliya arasında dost əlaqələrin mövcud olduğunu vurğulayıb.

“İran Portuqaliya ilə mədəniyyət, turizm, idman, elm və texnologiya da daxil olmaqla bütün sahələr üzrə ədalət və qarşılıqlı ehtiram prinsipləri əsasında münasibətlər qurmaqda maraqlıdır”, - İran prezidenti deyib.

M.Əhmədinejad İran xalqının əksər Avropa ölkələri tərəfindən zərbələrə və sanksiyalara məruz qaldığını vurğulayaraq, bunun qarşılığında Qərbdən əvəz çıxmağa can atmadıqlarını deyib.

“Hesab edirəm ki, dünya dostluq və konstruktiv əməkdaşlıq vasitəsilə idarə olunmalıdır. Düşmənçilik heç bir dövlətə və xalqa xeyir gətirməyəcək. Bəzi Avropa ölkələri heç bir səbəb olmadan İran xalqına qarşı çıxış edirlər. Avropa dövlətləri və Aİ İrana qarşı düşmənçilikdən heç bir səmərə əldə etmirlər. Bu mövqe, imperializmə can atan qüvvə tərəfindən Avropa ölkələrinə zorla qəbul etdirilir”, - Mahmud Əhmədinejad deyib.


Story Code: 176852

News Link :
https://www.islamtimes.org/az/news/176852/iran-qərbdən-qisas-almağa-can-atmır

Islam Times
  https://www.islamtimes.org