QR CodeQR Code

Anelka və Riberidən təsirlənib o da müsəlman oldu

XezerXeber , 6 Jul 2012 11:44

IslamTimes - Dünyaca məşhur fransız futbolçu Tieri Anri Fransa Milli komandasından olan dostları Anelka və Riberidən təsirlənərək İslamla tanış olduğunu deyib.


Anri “İslamla tanış olmağımda Anelka, Abidal və Riberinin böyük təsiri olub. Onlarla danışdıqca özümü İslama yaxın hiss etdim və bütün qəlbimlə İslama inandım. İslam mənim üçün hər şeydən əvvəl gəlməyə başlayıb” deyib.

Xatırladaq ki, Anrinin komanda yoldaşı Erik Abidal İslamı qəbul etdikdən sonra adını da dəyişərək Bilal olmuşdu. Abidalın Fransa Millisi ilə təyyarədə gedərkən əlində “Qurani-Kərim” oxuduğunu göstərən fotolar böyük maraq oyandırmışdı.


Story Code: 176972

News Link :
https://www.islamtimes.org/az/news/176972/anelka-və-riberidən-təsirlənib-o-da-müsəlman-oldu

Islam Times
  https://www.islamtimes.org